"Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda köklü dəyişikliklər görmürəm".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Stanislav Tarasov bildirib.
Tarasovun sözlərinə görə, cəbhə xəttindəki vəziyyətin gərginləşmədiyinə və 2016-cı il hadisələrinin təkrarlanmadığına görə 2017-ci ili uğurlu hesab edir.
"2017-ci ildə aparılan danışıqlar prosesi kifayət qədər çətin şərtlər altında irəliləyib. Hazırda bu mərhələdə tərəflərə yeni danışıq format ehtiyacdır. Bu mərhələdə bir sıra yeni şərtlər, qarşılıqlı güzəşt variantları irəli sürüldü. Lakin əsas məsələ danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsindən ibarətdir", - deyə rusiyalı ekspert bildirib.
Ekspert cəbhədə vəziyyətin ciddi gərginləşə biləcəyini ehtimal etmədiyini qeyd edib. O əlavə edib ki, danışıqları sabit şəraitdə aparmaq lazımdır.
"Həm danışıqlar aparmaq, həm də atəş açmaq olmaz, bu normal deyil", - deyə ekspert fikirlərini yekunlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Qarabağ-münaqişəsi
Tarasov