Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə əlaqədar bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
Lavrovun sözlərinə görə, Rusiya danışıqlar prosesində münaqişə tərəflərini ümumi məxrəcə gətirməyə çalışır: "Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər".
"Bu siyasi həllə keçməyə də kömək edər. Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni, iş tərəflərin üzərindədir. Rusiya Federasiyasının münaqişənin həlli ilə bağlı konkret planları ola bilməz, çünki problemi yalnız münaqişə tərəflərinin özləri həll etməlidir. Rusiya, ABŞ və Fransa ilə birlikdə həllin əldə olunması ilə bağlı şəraitin yaradılması istiqamətində əlindən gələni edir", - deyə Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasını əlavə edib.
Ağalar Qəribov
Ordu.az