Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Aleksandr Ben-Zvi bəyan edib.
“Orada bizim mövqeyimiz nəzərə alınıb. Biz danışıqlardan iştirak etmirik, ancaq ən azından iki, hətta ola bilsin ki, üç tərəflə əlaqədə olmuşuq. Lakin dəqiq bilirəm ki, Rusiya və Birləşmiş Ştatlarla bu məsələ ilə bağlı söhbətimiz olub”, - deyə Ben-Zvi bildirib.
Qeyd edək ki, cənubi deeskalyasiya zonası praktiki olaraq Suriyanın İsrail tərəfindən nəzarət edilən Conal təpələrini ərazisinin mühafizəsi məqsədilə yaradılıb. Yerusəlim ümid edir ki, memorandumun tətbiqi sərhəd ərazilərində döyüş fəaliyyətinin sonlanmasına səbəb olacaq.
“Həmin regiondan bizə raketlər atırlar, biz isə buna reaksiya veririk və proses uzanır. İstəyirik ki, orada hər şey sakitləşsin”, - deyə Ben-Zvi qeyd edib.
Ağalar Qəribov
Ordu.az