Ordu.az saytı “Guardian” xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığı malyariya ağcaqanadları, gəmiricilər və digər həşəratları məhv edə biləcək genetika texnologiyasına 100 milyon dollar yatırım edir.
Məlumatda bildirilir ki, ABŞ-ın məxfi Müdafiə Tədqiqatları İdarəsinin dünyanın ən böyük gen tədqiqatçısına çevrilib. Lakin bu, BMT ekspertlərinin çərşənbə axşamı günü Monrealda baş tutacaq görüşündən qabaq söz-söhbəti qızışdırıb.
BMT-nin Bioloji Müxtəliflik Konvensiyası cənub yarımkürəsi ölkələrinin hərbi istifadədən ehtiyatlarını dilə gətirdikdən sonra gələn il gen tədqiqatlarına əlavə yatırımların edilməsi ilə bağlı müzakirələr keçirir.
Bioloji silahlarda gen texnologiyasının istifadəsi kabus kimi qarşılanıb. Lakin tədqiqatların sadəcə zərərvericilərin nəzarəti və məhvi ilə bağlı aparıldığı bildirilib.
Lakin bəzi BMT ekspertləri arzu olunmayan nəticələrə yol açacağından narahatdırlar.
“Virusları və ya ağcaqanadları tamamilə məhv edə bilərsiniz, amma bu özlüyündə bu canlılara bağlı növlər üzərində ekoloji təsirlərə yol aça bilər. Mənim əsas narahatlığım odur ki, xoş niyyətlə edəcəyimiz bir şey belə ekologiyaya bərpaedilməz ziyanlar verə bilər”, - deyə BMT ekspertlərindən biri “Guardian”a bildirib.
2014-2018-ci illər arasında ABŞ hökuməti sintetika biologiyasına 820 milyon dollar xərcləyib. 2012-cildən bəri, bu xərclərin böyük hissəsi “Darpa” və digər hərbi idarələr tərəfindən edilib.
“Darpa” rəsmisi isə bildirir ki, idarə sadəcə genetika üzrə tədqiqatları maliyyələşdirmir. O həm də ABŞ müdafiə personalının xəstəliklərdən müdafiə olunmasında əhəmiyyətli rola malikdir.
Ağalar Ağalarlı
Ordu.az