Suriyada terrorizmlə mübarizə davam edir – SON DƏQİQƏ

2017/12/orig-151188791694c39230b4e6bec986b56f7d3385c630_1511946730_4536359130.jpeg
Oxunub: 468     17:52     01 Dekabr 2017    
“Həyat Təhrir əş-Şam” Dəməşq vilayətində məğlubiyyətə uğrayıb, İŞİD Deyr əz-Zor vilayətində əks-hücum cəhdlərini davam etdirir, Həma vilayətində İŞİD və “Həyat Təhrir əş-Şam” terror qruplaşmaları arasında döyüşlər davam edir.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Bardaya sıra dağlarının şərq hissəsi və Dəməşq vilayətinin Kafər Xor yaşayış məntəqəsində nəzarəti bərpa ediblər.

İŞİD: Deyr əz-Zor vilayətində əks-hücumları davam etdirir.

“Həyat Təhrir əş-Şam”: Əbu-Ədcva və Ənbaz yaşayış məntəqələrində İŞİD-i sıxışdırmağa müvəffəq olub.

Dəməşq vilayəti: İranın “AhlulBayt News Agency” agentliyinin məlumat verdiyi kimi, “Həyat Təhrir əş-Şam” vilayətin cənub-şərqində Suriya ordusu tərəfindən məğlubiyyətə uğradılıb. Suriya ordusu artıq terrorçuları Bardaya sıra dağları ərazisindən sıxışdırıb çıxarmağa müvəffəq olub. Bildirilir ki, son döyüşdə 10-dan çox terrorçu və bir neçə hərbi texnika məhv edilib.


Deyr əz-Zor vilayəti: “Twitter” sosial şəbəkəsində @aejkhalil2 adlı istifadəçinin verdiyi məlumata görə, İŞİD əs-Sayl – əs-Sukkariya istiqamətində əks-hücum cəhdlərini davam etdirir. Mənbə təxmin edir ki, İŞİD terrorçuları hökumət qüvvələrinin üzərinə hücuma hazırlaşırlar. Hazırda onlar Suriya ordusunun irəliləyəcəyinin təxmin edildiyi ərazilərdə minalar quraşdırırlar. Əbu-Kamal şəhərinin ətrafında da minaların quraşdırıldığı bildirilir.


Həma vilayəti: “Telegram” şəbəkəsində @SRNN2011 adlı istifadəçi bildirir ki, Rəsm-Əskaf, Əbi-Harik və Dcdeyide yaşayış məntəqələri ərazisində İŞİD terrorçularının sayı artmaqdadır. Təxmin edilir ki, terrorçular yaxınlıqda yerləşən Rəhacan ərazisində hökumət qüvvələrinə zərbə endirməyə hazırlaşırlar.

“Twitter” sosial şəbəkəsində @QalaatAlMudiq adlı istifadəçi isə “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının Kəfr-Nəbuda, Skalbiya, Xan-Şeyxun və Suran yaşayış məntəqələri ərazisində sayının artığını bildirir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   Suriya  


Bizi "telegram"da izləyin