KXDR yaxın zamanlarda yeni nüvə sınaqları keçirə bilər – KƏŞFİYYAT

2017/11/koreya34534_1511940602.jpg
Oxunub: 519     15:30     29 Noyabr 2017    
KXDR yaxın zamanlarda yeni nüvə sınaqları keçirə bilər.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün parlament deputatları üçün birifinq çərçivəsində Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin nümayəndələri bəyan edib.

Kəşfiyyatın məlumatına görə, bu gün gecə keçirilən “Xvason-15” raket sınağının ardınca böyük ehtimal var ki, Pxenyan dünyaya mükəmməl nüvə və ya termonüvə döyüş başlığını nümayiş etdirmək istəyəcək.

Brifinq iştirakçıları qeyd ediblər ki, KXDR-in məqsədi Şimali Koreya raketlərinin ABŞ-ın qitə ərazisinə qədər çata bilməsinin mümkünlüyünü nümayiş etdirməkdən ibarətdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-sınağı  


Bizi "telegram"da izləyin