Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Hellouey bəyan edib.
“Bu məlumatlar bir qayda olaraq artırıla və ya azaldıla bilər. Səbəb isə yerləşdirilən heyətin gəlməsi və getməsinə nəzarət edən izləmə sistemlərində yubanmaların olmasıdır”, - deyə Renkin-Hellouey bildirib.
Onun sözlərinə görə, Pentaqonun Suriyada 503 hərbi xidmətçisi yerləşdirilib.
Xatırladaq ki, daha öncə Pentaqon açıqlamasında Suriyada ABŞ hərbçilərinin sayının 1720 nəfər olduğunu qeyd edib.
Ağalar Qəribov
Ordu.az