Ordu.az xəbər verir ki, aksiya partiyanın seçki qərargahının rəhbəri Hraçya Rostomyanın çağırışından sonra təşkil olunub.
Rostomyan daha əvvəl yaydığı bəyanatda bütün narahat vətəndaşları və partiya tərəfdarlarını iyunun 12-də saat 13:00-da Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşmağa çağırmışdı.
“Baş verən ədalətsizliklərə və özbaşınalığa qarşı etiraz səsimizi ucaltmalıyıq. Vətəndaşlarımızın sərbəst iradə ifadə etmək hüququ əlindən alınır və bu səs oğurluğuna cavabsız qalmaq olmaz”, - deyə bəyanatda qeyd olunmuşdu.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 11-də 35/65 və 10/51 nömrəli seçki məntəqələrinin nəticələrini etibarsız hesab edib. Komissiyanın məlumatına görə, həmin dairələrdə səsvermədə iştirak edənlərin sayı qeydə alınmış uyğunsuzluqların ümumi həcmi kimi rəsmiləşdirilib.
Qeyd olunur ki, bu qərar nəticəsində “Çiçəklənən Ermənistan” Partiyası 213 səs itirib. Bu isə partiyanın səslərin 4 faiz həddini keçə bilməməsinə və parlamentə düşməməsinə səbəb ola bilər.
Alpər Mövludoğlu
Ordu.az