Trampın İranın bombardmanını ləğv etməsindən sonra Uoll-Stritdə ciddi artım qeydə alınıb

2026/06/1781208877.jpg
Oxunub: 205     12:02     12 İyun 2026    
ABŞ fond indeksləri Donald Trampın İrana qarşı planlaşdırılan zərbəni ləğv etməsindən sonra ticarət sessiyasını əhəmiyyətli yüksəlişlə başa vurub.

Ordu.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişinin imzalanmasının çox yaxın olduğunu bəyan etdikdən sonra bazarlarda nikbinlik artıb.

Nəticədə S&P 500 indeksi ticarətin sonunda 1,75 faiz yüksələrək 7394,30 bəndə çatıb.

“Dow Jones” indeksi 1,86 faiz artaraq 50 848,75 bənd, Nasdaq indeksi isə 2,54 faiz yüksələrək 25 809,66 bənd səviyyəsində bağlanıb.

Analitiklər bazarlardakı yüksəlişi ABŞ və İran arasında mümkün diplomatik razılaşma perspektivlərinin güclənməsi ilə əlaqələndirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin