Erməni deputat: “Seçki saxtalaşdırmaq Paşinyan üçün yalan danışmaq qədər adi haldır”

2026/06/1781250915.jpg
Oxunub: 212     11:53     12 İyun 2026    
“Nikol Paşinyanın seçkiləri saxtalaşdırmayacağını düşünmək üçün əsas yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan “Facebook” səhifəsində yazıb.

Vardanyan qeyd edib ki, heç kim Nikol Paşinyanın seçki saxtalaşdırmayacağını demir və bunun onun üçün “qırmızı xətt” olduğu barədə fikirlər reallığı əks etdirmir.

“Yəni insan əvvəlcə “Qarabağ Ermənistandır, vəssalam” deyəcək, sonra isə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacaq, seçkiqabağı vədlərinin əksini edəcək, Yerablurda ölmüş hərbçilərin valideynlərinin zorla uzaqlaşdırılmasını əmr edəcək, avtomobil karvanı ilə hamilə qadını vuracaq və dayanmayacaq, amma seçkini saxtalaşdırmayacaq?”, - deyə deputat yazıb.

Onun sözlərinə görə, bütün bunları edən bir şəxsin seçkiləri saxtalaşdırmaması mümkün deyil.

“Əslində bütün bunları edən insanın saxtakarlıq etməmək qabiliyyəti yoxdur. Bu onun üçün yalan danışmaq qədər adi haldır”, - deyə Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin