Əli Əhmədov: "Əldə etdiyimiz bütün nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir"

2025/06/1750233100.jpg
Oxunub: 174     11:22     12 İyun 2026    
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir.

Ordu.az xəbər verir ki, bunu parlament sədrinin birinci müavini Əli Əhmədov Milli Məclisin bugünkü növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin tarixi qayıdışı baş verməsəydi, müasir Azərbaycan indiki formada olmazdı:

"Əldə etdiyimiz bütün nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir. Azərbaycan xalqı qurtuluş məfkurəsini müasir Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi dəyərləndirir".

Ə.Əhmədov bildirib ki, Azərbaycanın böyük Qarabağ zəfərinin əsası da məhz Ulu Öndərin dövlətçilik siyasətinin təzahürüdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əli-Əhmədov  


Bizi "telegram"da izləyin