Paşinyan baş nazir müavinlərinin sayını artırır və nazirlikləri ayırır?

2026/06/1781260438.jpg
Oxunub: 153     14:35     12 İyun 2026    
Ermənistanda hökumətin yeni tərkibi ilə yanaşı, struktur dəyişiklikləri də müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşrə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasında son günlər həm yeni hökumətin formalaşdırılması, həm də idarəetmə strukturunda dəyişikliklərlə bağlı fəal müzakirələr aparılır.

“Baş nazir Nikol Paşinyan hökumətdə daha bir baş nazir müavini vəzifəsi yaratmağı planlaşdırır. Hazırda onun kabinetində iki baş nazir müavini fəaliyyət göstərir.

Mənbələrin bildirdiyinə görə, hökumətdə kənd təsərrüfatı sahəsinin İqtisadiyyat Nazirliyindən ayrılmasının zəruriliyi ilə bağlı fikir formalaşıb. Bundan başqa, energetika sektorunun da Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən ayrılacağı barədə iddialar səsləndirilir”. – deyə nəşr bildirib.

Qeyd olunur ki, məhz Paşinyan hakimiyyəti 2019-cu ildə struktur islahatları həyata keçirərək Kənd Təsərrüfatı Nazirliyini İqtisadiyyat Nazirliyi ilə, Energetika Nazirliyini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə birləşdirmişdi.

“Həmin dövrdə Diaspor Nazirliyi də ləğv edilmiş və baş nazir aparatında fəaliyyət göstərən ofisə çevrilmişdi. Həmçinin Hərbi Sənaye Komitəsi Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin tərkibinə daxil edilmiş, Təhsil, Elm, Mədəniyyət, İdman və Gənclərlə İş Nazirlikləri birləşdirilmişdi.

Nazirliklərin böyüdülməsi siyasəti uzun müddət tənqid olunub və görünür, hakimiyyət yalnız yeddi ildən sonra bu birləşmələrin səmərəli olmadığını anlayıb. Hazırda Ermənistan hökumətinin tərkibində 12 nazirlik fəaliyyət göstərir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin