Ordu.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin Təchizat, İnformasiya Texnologiyaları və Xidmət Dəstəyi İdarəsi (BAAINBw) məlumat yayıb.
Müqaviləyə radar sistemləri ilə yanaşı əlavə avadanlıqlar, ehtiyat hissələri və istifadəçi hazırlığı da daxildir.
“Thales” şirkəti sistemlərin 2026-cı il ərzində təhvil veriləcəyini açıqlayıb. GO12 quru qoşunlarının kəşfiyyat və müşahidə fəaliyyətlərini dəstəkləmək məqsədilə hazırlanmış daşına bilən döyüş radar sistemidir.
Sistem pilotsuz uçuş aparatlarını və yerüstü nəqliyyat vasitələrini 360 dərəcə əhatə dairəsində aşkar edə bilir. “Thales” şirkətinin məlumatına görə, radar yağış, qar və duman kimi çətin hava şəraitində də effektiv fəaliyyət göstərə bilir. Bu xüsusiyyət optik sensorlar və kamera sistemlərinin effektiv olmadığı hallarda müşahidənin davam etdirilməsinə imkan verir.
Almaniyada hazırlanaraq Baden-Vürtemberq əyalətinin Ditsingen şəhərində istehsal edilən GO12 xüsusilə yüksək hərəkət qabiliyyətinə malik bölmələrin tələbləri nəzərə alınaraq layihələndirilib. Cəmi 28 litrlik sensor həcminə malik radar sistemi iki hərbçi tərəfindən bel çantasında daşına bilir. Sistem şəxsi təchizatla birlikdə sahədə asanlıqla yerləşdirilə bilir.
“Thales” artan sifarişləri qarşılamaq məqsədilə Ditsingendəki istehsal müəssisəsini genişləndirdiyini və istehsal gücünü artırdığını açıqlayıb. Şirkət həmçinin 2026-cı il ərzində Almaniyada təxminən 300 yeni əməkdaş işə qəbul etməyi planlaşdırır.
Bildirilib ki, istehsal imkanlarının artırılması Avropa üzrə yüksələn müdafiə xərcləri və müdafiə texnologiyalarına artan tələbatı qarşılamağa yönəlib.
Sevinc Əliyeva
Ordu.az