“Qiyamət günü” radiostansiyası yeni kod sözləri yayımlayıb

2026/03/1773249956.jpg
Oxunub: 245     10:45     12 İyun 2026    
UVB-76 radiostansiyasının efirində, “Qiyamət günü” radiostansiyası kimi tanınan kanalda yeni kodlaşdırılmış mesajlar səsləndirilib.

Ordu.az xəbər verir ki, bu barədə “UVB-76 logi” “Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, iyunun 12-də efirdə “izolyatornıy” və “neqosiant” kod sözləri səsləndirilib.

Bundan əvvəl isə radiostansiyanın efirində “Şarfotol” və “Mediumizm” siqnallarının ötürüldüyü bildirilmişdi.

UVB-76 1970-ci illərdə yaradılmış radiostansiyadır. O, fasiləsiz olaraq qısa uğultuya bənzər siqnal yayımladığı üçün ictimaiyyət arasında “uğuldayan” radiostansiya kimi tanınır.

Müəyyən fasilələrlə bu uğultu rus dilində səsləndirilən səsli mesajlarla kəsilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qiyamət-günü   Radio  


Bizi "telegram"da izləyin