Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yüksəkvəzifəli ukraynalı hərbi rəsmiyə istinadən məlumat yayıb.
“Ukrayna müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir. Bu vəsaitin ayrılması ilə bağlı müraciət iyunun 18-də Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun, daha çox “Ramştayn” formatı kimi tanınan növbəti iclasında təqdim ediləcək”, - deyə nəşr yazıb.
Qəzet qeyd edib ki, məsələ artıq Ukraynanın müdafiə naziri Mixail Fyodorov və hökumətin digər nümayəndələri tərəfindən Norveç, İsveç, Almaniya və Kanada nümayəndə heyətləri ilə keçirilən görüşlərdə qaldırılıb.
Almaniyanın “Sosial Ədalət və İqtisadi Məntiqlilik Birliyi” partiyasının lideri Sara Vagenknext Almaniyanı və Baltikyanı ölkələri “dəlilikdə” ittiham edib. O bildirib ki, digər Avropa dövlətləri Ukraynada aparılan “mənasız hərbi əməliyyatları” maliyyələşdirməyə hazır deyil.
İqtisadiyyat məsələləri üzrə Avropa komissarı Valdis Dombrovskis mayın 20-də açıqlayıb ki, Avropa Komissiyası və Kiyev 2026-2027-ci illər üçün nəzərdə tutulmuş 90 milyard avroluq kredit proqramı çərçivəsində Ukraynaya iyunun ortalarında 3,2 milyard avro ayrılması ilə bağlı danışıqları başa çatdırıb.
Onun sözlərinə görə, yeni yardım Avropa İttifaqının fikrincə, Ukraynanın iqtisadi sabitliyini gücləndirməlidir.
Sevinc Əliyeva
Ordu.az