Ordu.az xəbər verir ki, bu barədə İoannisyan sosial şəbəkə hesabında paylaşım edib.
O, İrəvan meri Tiqran Avinyanın tıxaclarla mübarizə məqsədilə şəhər mərkəzində avtomobil hərəkətini məhdudlaşdırmaq niyyətində olduqlarını açıqladığını xatırladıb.
İoannisyan bildirib ki, yol qovşaqlarının və estakadaların tikilməsi, metro stansiyalarının yaxınlığında dayanacaqların yaradılması, alternativ yolların və körpülərin inşası əvəzinə qadağa və məhdudiyyətlər tətbiq etmək daha asandır.
Bundan sonra o, istehzalı şəkildə “daha ucuz təklif” irəli sürərək avtomobil sürücülərinin güllələnməsinin tıxac problemini daha tez həll edəcəyini yazıb.
“Küçələrin dağıdılması və istifadəyə yararsız vəziyyətə salınması da digər “variantlardan” biri ola bilər. Saralanj-Papazyan-Avetisyan kəsişməsi buna nümunədir”, - deyə İoannisyan qeyd edib.
İoannisyan həmçinin istehzalı formada qeyd edib ki, yolların vəziyyətinin daha da pisləşdirilməsi nəticəsində yaxın vaxtlarda İrəvanda avtomobil sürən qalmayacaq.
Alpər Mövludoğlu
Ordu.az