ABŞ İranla Cenevrədə saziş imzalamağa hazırlaşır

2026/05/1780162601.jpg
Oxunub: 196     10:50     12 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri vitse-prezident Cey Di Vensin İranla qarşılıqlı anlaşma memorandumunun imzalanması üçün Cenevrəyə səfəri halında lazım olacaq avadanlıqları Avropaya göndərir.

Ordu.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid məlumatlı mənbəyə istinadən məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Vensin imzalanma mərasimində iştirak etmək üçün Cenevrəyə gələcəyi təqdirdə istifadə olunacaq avadanlıqları Avropaya çatdırmaq məqsədilə yola düşüb”, - deyə jurnalist “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ və İran saziş mətnini həqiqətən razılaşdırıblar, lakin tərəflərdən heç biri hələ yekun təsdiq verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin