“Axios”: Tramp İranın yüksək zənginləşdirilmiş uranının ölkə daxilində “seyrəldilməsinə” razılaşıb

2026/06/1780723671.jpg
Oxunub: 217     11:45     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə probleminin həlli variantlarından biri kimi yüksək zənginləşdirilmiş uranın ölkə daxilində BMT müfəttişlərinin nəzarəti altında “seyrəldilməsinə” razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” Vaşinqtondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bundan əvvəl ABŞ bütün yüksək zənginləşdirilmiş nüvə materialının İran ərazisindən çıxarılmasını tələb edirdi.

Bildirilib ki, İranın nüvə proqramı ilə bağlı istənilən konkret addım ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra əldə edilə biləcək saziş çərçivəsində atılacaq.

Xatırladaq ki, Donald Tramp cümə axşamı memorandumun artıq həftəsonu imzalana biləcəyini bəyan etmişdi.

Memorandum Hörmüz boğazının dərhal və ödənişsiz açılmasını, həmçinin 30 gün ərzində müharibədən əvvəlki gəmiçilik həcmlərinin bərpasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin