“Politico”: Tramp Qətər rəsmilərinin təminatlarından sonra İrana zərbə endirmək fikrindən daşınıb

2026/01/1769008045.jpg
Oxunub: 230     10:56     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Qətər, BƏƏ və Pakistanın yüksəkvəzifəli rəsmilərinin təminatlarından sonra İrana zərbə endirmək planından imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Tramp administrasiyasının iki rəsmisinə və danışıqlar barədə məlumatlı diplomata istinadən məlumat yayıb.

Məlumata görə, Donald Tramp cümə axşamı ABŞ-nin cümə gecəsi İrana “çox güclü” zərbələr endirəcəyini bəyan etmişdi. Lakin daha sonra bombardmanların ləğv olunduğunu açıqlayıb.

Nəşrin yazdığına görə, Trampın bu qərarına Fars körfəzi və Cənubi Asiya ölkələrinin liderləri ilə apardığı telefon danışıqları təsir göstərib.

“Prezident Donald Tramp cümə axşamı səhər İrana qarşı “bu gecə çox güclü zərbələr” endiriləcəyi barədə paylaşım etdikdən sonra Fars körfəzi və Cənubi Asiya ölkələrinin liderləri onu bu addımdan çəkindirmək üçün zəng ediblər. Onlar Trampa ilkin razılaşmanın artıq faktiki olaraq çox yaxın olduğunu bildiriblər”, - deyə “Politico”nun məlumatında qeyd olunub.

Mənbələrin sözlərinə görə, həmin rəsmilər İranla sazişin bağlanmasının mümkünlüyünü vurğulayaraq Vaşinqtonu hərbi əməliyyatlardan çəkinməyə çağırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Qətər  


Bizi "telegram"da izləyin