Papoyan Moskvada Ermənistan məhsullarının Rusiyaya ixracı məsələsini müzakirə edəcək

2026/02/1770633442.jpg
Oxunub: 196     14:42     12 İyun 2026    
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkə mallarının Rusiyaya ixracı məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırır.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, nazir bu barədə bu gün parlamentdə bildirib.

"İyun və iyul aylarında Rusiyaya bir-iki səfər planlaşdırılır, orada müxtəlif tədbirlərdə iştirak edəcəyəm və Ermənistan məhsullarının ixracı məsələsi müzakirə olunacaq", - Papoyan qeyd edib.

Xatırladaq ki, Rusiya 2026-cı il mayın 22-dən Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünə mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Moskva   Ermənistan  


Bizi "telegram"da izləyin