Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Klara Broyer Bakı və Budapeştin strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Tahir Tağızadə "X" sosial şəbəkəsində bildirib.
"Səfir və Macarıstan XİN-in dövlət katibi Klara Broyer ilə görüşmək və Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığı, o cümlədən nailiyyətlərimizi və gələcək planlarımızı hərtərəfli müzakirə etmək böyük şərəf idi", - o yazıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Bakı
Budapeşt
Azərbaycan
Macarıstan