Ordu.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü növbədənkənar iclasında deyib.
"1990-cı illərdə bir yazıçı parlament tribunasından "Qarabağ heç vaxt indiki qədər bizim olmayıb" demişdi. Halbuki Qarabağ yalnız indi, yəni təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra, həqiqətən də, heç vaxt indiki qədər bizim olmayıb", - o əlavə edib.
Deputat bildirib ki, iki əsr boyu Azərbaycana çarizmin canişinləri, qırmızı komissarlar və ya Moskvanın adamları başçılıq edib:
"Əsl Milli Qurtuluş 1969-cu ildən başlanır. Ulu Öndər totalitar sistemin içindən xalqını gələcək müstəqilliyə hazırlayaraq dövlət qurdu".
Ordu.az