Azərbaycan və Litva NATO çərçivəsində tərəfdaşlığı gücləndirir

2026/06/1781258643.jpg
Oxunub: 265     13:34     12 İyun 2026    
Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və Litvanın NATO-dakı daimi nümayəndəsi Daryus Yaunişkis görüş zamanı Bakı və Vilnüs arasında əməkdaşlığı müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "X" sosial şəbəkəsində bildirib.

"Litvanın NATO-dakı daimi nümayəndəsi Daryus Yaunişkis ilə görüşməkdən məmnun oldum. Biz Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində Azərbaycan və NATO tərəfdaşlığı, Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, eləcə də cari regional hadisələr barədə məhsuldar fikir mübadiləsi apardıq", - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Litva   NATO  


Bizi "telegram"da izləyin