ASELSAN məhsul çeşidini “Eurosatory 2026” sərgisində nümayiş etdirəcək

2026/06/1781253710.jpg
Oxunub: 228     12:39     12 İyun 2026    
ASELSAN 2026-cı il iyunun 15-dən 19-dək Fransanın paytaxtı Parisdə keçiriləcək Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2026”da iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Türkiyə stendində müdafiə sənayesinin bir çox aparıcı qurumları ilə birlikdə təmsil olunacaq ASELSAN beş gün davam edəcək sərgidə geniş məhsul çeşidini nümayiş etdirəcək.

Şirkət 6-cı salonun G26 nömrəli stendində ziyarətçiləri qəbul edəcək.

Sərgi çərçivəsində ASELSAN müxtəlif ölkələrdən gələcək hərbi nümayəndə heyətləri və rəsmi delegasiyalarla görüşlər keçirəcək.

“Eurosatory 2026” sərgisi iyunun 15-dən 19-dək Paris şəhərində yerləşən “Parc des Expositions de Paris-Nord Villepinte” sərgi kompleksində təşkil olunacaq.

Fransa Müdafiə Nazirliyi və COGES təşkilatının əməkdaşlığı ilə hər iki ildən bir keçirilən sərgi ilk dəfə 1967-ci ildə təşkil olunub və o vaxtdan etibarən müdafiə sənayesi sahəsində dünyanın ən mühüm tədbirlərindən biri hesab edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Eurosatory-2026  


Bizi "telegram"da izləyin