“Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədi dindirilmək üçün İstintaq Komitəsinə çağırılıb

2026/06/1781250571.jpg
Oxunub: 188     11:47     12 İyun 2026    
“Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədi Areqnaz Manukyan dindirilmək üçün İstintaq Komitəsinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Ana Ermənistan” partiyası məlumat yayıb.

Daha əvvəl Ermənistan KİV-ləri yazmışdı ki, iyunun 12-də səhər saatlarında Ermənistan İstintaq Komitəsinin əməkdaşları “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında yer alan və “Ana Ermənistan” partiyasının üzvü olan Areqnaz Manukyanın mənzilində axtarış aparıblar.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, aparılan istintaq hərəkətləri cinayət işi çərçivəsində həyata keçirilir. Məlumata görə, iş casusluq və dövlətə xəyanət ittihamları ilə bağlı əvvəllər başlanmış istintaqla əlaqəlidir.

Xatırladaq ki, həmin cinayət işi üzrə “Ana Ermənistan” partiyasının sədri və “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında ikinci sırada yer alan Andranik Tevanyan həbs olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin