Yaponiya Trampın yenidən Naruto obrazında video paylaşmayacağına ümid edir

2026/06/1781260131.jpg
Oxunub: 193     14:29     12 İyun 2026    
Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampın animasiya personajlarından istifadəsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda açıqlama verib.

Nazir Donald Trampın məşhur “Naruto” animasiyasının baş qəhrəmanı Naruto Uzumaki obrazında təqdim olunduğu videonu şərh edərək bildirib ki, animasiya personajlarından istifadə yalnız müəllif hüquqları sahibinin razılığı ilə mümkündür.

Onun sözlərinə görə, bu qayda dövlət qurumları tərəfindən istifadə hallarına da şamil edilir.

“Əsərin müəllifinin niyyətindən fərqli şəkildə istifadə olunması müəllif hüququnun açıq pozuntusu olmasa belə, əsərin və hüquq sahibinin imicinə zərər vura bilər”, - deyə Onoda qeyd edib.

Nazir əlavə edib ki, Yaponiya bu məsələ ilə bağlı mövqeyini dəfələrlə diplomatik kanallar vasitəsilə ABŞ tərəfinə çatdırıb və gələcəkdə də dialoqu davam etdirəcək.

O, Yaponiyaya aid müəllif hüquqlarına lazımi hörmət göstəriləcəyinə ümid etdiyini vurğulayaraq belə halların təkrarlanmamasını arzuladığını bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl sosial şəbəkələrdə süni zəka vasitəsilə hazırlanmış və özünü Naruto Uzumaki obrazında göstərən video paylaşmışdı. Həmin paylaşım animasiya həvəskarlarının tənqidinə səbəb olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin