NYT: ABŞ Avropadakı əməliyyatlar üçün ayrılan qırıcıların sayını azaldacaq

2026/05/1779087876.jpg
Oxunub: 231     11:59     12 İyun 2026    
ABŞ NATO çərçivəsində Avropadakı əməliyyatlar üçün ayrılan döyüş təyyarələrinin sayını üçdəbir azaltmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton iyunun əvvəlində bu qərarı barədə Avropadakı müttəfiqlərinə məlumat verib. Qəzet həmin teleqramın bəzi hissələri ilə tanış olduğunu bildirib.

Planlara əsasən, F-16 və F-15E qırıcılarının sayı təxminən 150-dən 100-ə endiriləcək.

Dəniz patrul və kəşfiyyat təyyarələrinin sayı isə 26-dan 15-ə qədər azaldılacaq. Bundan əlavə, Avropanın istifadəsinə verilmiş bütün 8 yanacaqdoldurma təyyarəsi xidmətdən çıxarılacaq.

ABŞ həmçinin raket silahları ilə təchiz olunmuş bir sualtı qayığı və bir aviadaşıyıcını, eləcə də bir neçə döyüş gəmisini və aviadaşıyıcı zərbə qrupunun tərkibində fəaliyyət göstərən onlarla təyyarəni başqa bölgələrə köçürməyi planlaşdırır.

Avropanın müdafiəsi üçün ayrılmış iki bombardmançı aviasiya qrupundan biri də digər regiona göndəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin