Ordu.az xəbər verir ki, bununla bağlı təklifi Milli Məclisin spikeri Sahibə Qafarova parlamanetin növbədənkənar iclasında səsləndirib.
Spiker bildirib ki, dövlətimiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi: "Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi".
Spiker qeyd edib ki, Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:
"Torpaqlarımızın 30 illik işğalına son qoyulmazı, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".
Ordu.az