CBS: ABŞ və İran gələn həftə nizamlanma memorandumu imzalaya bilər

2026/06/1781262562.jpg
Oxunub: 222     15:07     12 İyun 2026    
Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair memorandumun gələn həftənin əvvəlində imzalana biləcəyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında aparılan danışıqların nəticəsi olaraq tərəflər yaxın günlərdə nizamlanma memorandumunu imzalamağa hazırlaşırlar.

“Bloomberg” agentliyinin məlumatına əsasən, sənədin imzalanması 2026-cı il iyunun 15-17-də Fransada keçiriləcək G7 sammiti günlərində baş tuta bilər.

Sammit Fransa Alplarında, İsveçrə sərhədinə yaxın yerləşən Evian şəhərində təşkil olunacaq.

Mənbələrin bildirdiyinə görə, tərəflər memorandumun imzalanması üçün mümkün məkan kimi İsveçrənin Cenevrə şəhərini nəzərdən keçirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin