Rusiyalı ekspert: “Bir gecənin içində Paşinyanın xeyrinə səslərin hesablanmasında qəribə dəyişikliklər baş verdi”

2026/06/1781243272.jpg
Oxunub: 244     09:46     12 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ciddi suallar doğurur və ölkədəki siyasi parçalanmanı açıq şəkildə nümayiş etdirir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Pavel Danilin Aif.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərin nəticələrinin hesablanması zamanı şübhəli məqamlar müşahidə olunub.

“Onlar fırıldaqçıdırlar. Bu, qəbuledilməz vəziyyətdir. Müxtəlif manipulyasiyalar hesabına belə nəticələr əldə ediblər. Bir gecənin içində Paşinyanın xeyrinə səslərin hesablanmasında qəribə dəyişikliklər baş verdi. Onun topladığı səslər azalırdı, lakin gecə saatlarında yenidən artmağa başladı. Həmçinin “Çiçəklənən Ermənistan” Partiyası ilə bağlı vəziyyət də qəbuledilməzdir. Belə görünür ki, Paşinyanın tam çoxluq əldə etməsi üçün qəsdən 59 səs az qeydə alınıb”, - deyə Danilin bildirib.

Ekspert hesab edir ki, hökumətyönlü media tərəfindən seçkilərin müxalifət üçün tam uğursuzluq kimi təqdim edilməsi düzgün yanaşma deyil.

Onun sözlərinə görə, müxalifət hakim partiyadan az səs toplasa da, Paşinyanın özü də səslərin 50 faizindən çoxunu əldə edə bilməyib, bu isə Ermənistan cəmiyyətində dərin parçalanmanın mövcudluğunu göstərir.

Danilin qeyd edib ki, Paşinyan bu nəticəyə rəqiblərinə qarşı təzyiq və təhdidlər hesabına nail olub və onun ciddi rəqiblərinin əksəriyyəti hazırda həbsdədir.

O bildirib ki, Paşinyan bir tərəfdən Avropa inteqrasiyası istiqamətində addımları gücləndirmək niyyətində olduğunu, digər tərəfdən isə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində olmadığını bəyan edib.

“Moskva İrəvana seçim etməli olacağını açıq şəkildə çatdırdığı üçün Rusiya-Ermənistan münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyi gözlənilmir.

Əlaqələrimiz daha da pisləşəcək. Ermənistan Rusiyaya malların daşınacağı bir növ “qara dəliyə” çevrilməyə çalışacaq ki, bu da bizim istehsalatımıza zərər vuracaq. Biz buna imkan verməyəcəyik. Buna görə də Paşinyanın hakimiyyəti dövründə Rusiya-Ermənistan münasibətlərində heç bir yaxşı şey gözlənilmir. Ermənistan üçün çox təəssüflənirəm, çünki ölkənin vəziyyəti getdikcə daha da pisləşəcək”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danilin   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin