Ermənistanda zabitin ölümü ilə bağlı cinayət işi başlanıb

2026/06/1781243846.jpg
Oxunub: 233     09:59     12 İyun 2026    
Ermənistan Müdafiə Nazirliyinin zabitlərindən birinin ölümü ilə bağlı cinayət işi başlanıb və hadisə üzrə ibtidai istintaq aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 10-da Ermənistan Müdafiə Nazirliyinin zabiti N.A.-nın ölümü faktı üzrə cinayət işi başlanıb.

Hazırda hadisənin bütün halları araşdırılır və istintaq tədbirləri davam etdirilir.

Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, hadisə Bağramyan hərbi təlim poliqonunda baş verib.

Bildirilir ki, erməni zabit tank təlimləri zamanı ölüb. Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zabit   Ölüm  


Bizi "telegram"da izləyin