“Axios”: Trampın İranla danışıqlarla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub

2026/06/1781018940.jpg
Oxunub: 215     09:29     12 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarda irəliləyiş əldə olunması barədə açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

“Netanyahu əvvəlcədən məlumatlandırılmayıb və Tramp İranla saziş barədə ilk açıqlamasını verəndə bu onun üçün sürpriz olub”, - deyə portalın məlumatında bildirilir.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti sazişlə bağlı sənədlərin hazırlanmasının son mərhələdə olduğunu da bildirib. Ağ Ev rəhbərinin qiymətləndirməsinə əsasən, saziş artıq qarşıdakı həftəsonu Avropada imzalana bilər.

İyunun 11-də Tramp İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ ilə əldə olunmuş razılaşmaları təsdiqlədiyini bəyan edib.

Tramp qeyd edib ki, sənədlərin yekun hazırlanması yaxın günlərdə başa çatmalıdır və onların imzalanması qarşıdakı həftəsonu Avropada baş tuta bilər. Bununla belə, o, mərasimdə iştirak etməyəcəyini bildirib.

Daha sonra Reuters agentliyi IRNA-ya istinadən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayinin açıqlamasını yayıb. İran rəsmisi bildirib ki, Tehran ABŞ ilə mümkün sazişlə bağlı hələ yekun qərar qəbul etməyib və danışıqlarda öz “qırmızı xətləri” ilə bağlı güzəştə getməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin