Ermənistanda hərbi təşkilat sədri “cəzalandırıldı”

2026/06/1781243789.jpg
Oxunub: 216     09:55     12 İyun 2026    
Ermənistanın Hrazdan şəhərində keçirilən parlament seçkilərinin nəticələri hakim “Vətəndaş Müqaviləsi” Partiyasının yerli rəhbərlərinin gözləntilərini doğrultmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, seçkiqabağı kampaniya dövründə Baş nazir Nikol Paşinyanı dəstəkləyən və onun şərəfinə məclis təşkil edən “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan və mer vəzifəsini tutan oğlu Hrazdanda “Vətəndaş Müqaviləsi” Partiyasının 70 faiz səs toplayacağını vəd etmişdilər.

“Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, Hrazdan və ətraf kəndlərdə yerləşən 41 seçki məntəqəsində səsvermə hüququna malik 54 min 187 seçici qeydə alınıb.

İlkin nəticələrə görə, “Vətəndaş Müqaviləsi” Partiyası 15 min 209, “Güclü Ermənistan” bloku 8 min 158, Çiçəklənən Ermənistan Partiyası 1327, “Hayastan” bloku isə 4 min 9 səs toplayıb. Hazırda səslərin yenidən sayılması prosesi davam etdiyindən yekun nəticələrin necə dəyişəcəyini demək çətindir”, - deyə nəşr bildirib.

Məqalədə vurğulanır ki, Sasun Mikayelyan bütün seçkilərdə Hrazdanda sabit olaraq 13-15 min arası səs toplamağı bacarsa da, bu dəfə həm onun, həm də oğlunun göstərdiyi səylər nəticələrin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayıb.

“Əgər Kotayk vilayətində böyük təsir imkanlarına malik olan bu ailə klanı olmasaydı, “Vətəndaş Müqaviləsi” Partiyası və Nikol Paşinyan Hrazdanda həmin 15 min səsi öz gücləri hesabına toplaya bilərdilərmi?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin