Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkəsindəki paylaşımında mənbəyə istinadən məlumat yayıb.
“Məlumata görə, İran bu axşam Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd edib. ABŞ qüvvələri İranın iki kamikadze tipli PUA-sını vurub”, - deyə paylaşımda bildirilir.
Jurnalistin sözlərinə görə, hazırda boğaz vasitəsilə gəmilərin hərəkəti davam edir.
Sevinc Əliyeva
Ordu.az