Tramp: “İranın ali rəhbəri hazırlanmaqda olan sazişi təsdiqləyib”

2026/01/1769008045.jpg
Oxunub: 260     09:05     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Müctəba Xameneyinin Vaşinqton və Tehran arasında razılaşdırılmasının son mərhələsində olduğu bildirilən sazişi təsdiqlədiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı açıqlama verib.

Tramp bildirib ki, onun əldə etdiyi məlumata əsasən, İran rəhbərliyi sazişə müsbət yanaşıb.

“Bildiyim qədərilə cavab müsbətdir, yəni bəlidir”, - deyə ABŞ Prezidenti qeyd edib.

O həmçinin vurğulayıb ki, sazişin yekun mətni razılaşdırıldıqdan sonra ABŞ İran limanlarına tətbiq olunan dəniz blokadasını dərhal aradan qaldıracaq.

“Bundan sonra neft qiymətləri daş kimi aşağı yuvarlanacaq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti son saatlarda İranla sazişin imzalanmasına çox yaxın olduqlarını dəfələrlə vurğulayıb və sənədin əsas müddəalarının artıq razılaşdırıldığını iddia edib.

Bununla belə, İran hakimiyyəti hələlik Trampın səsləndirdiyi bəyanatları açıq şəkildə təsdiqləməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin