“İranla sazişin imzalanması Avropada baş tuta bilər” - Tramp

2026/06/1781065686.jpg
Oxunub: 212     09:03     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılaşdırılan sazişin yaxın günlərdə imzalana biləcəyini və bunun Avropada baş tutmasının mümkün olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə məsələsinin həlli istiqamətində mühüm razılıq əldə edib.

“Biz indicə İranla müharibə məsələsinin həlli ilə bağlı çox yaxşı razılığa gəldik və indi yalnız sənədlərin yekun rəsmiləşdirilməsi qalır. Gözlənilir ki, bu proses yaxın bir neçə gün ərzində başa çatacaq”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, sazişin imzalanması mərasimi Avropada keçirilə bilər.

“Yəqin ki, imzalanma olacaq, ola bilsin ki, Avropada. Bu, əla xəbərdir. Fond bazarı 1000 bənd yüksəlib və bu da sazişin bazarlar tərəfindən müsbət qarşılandığını göstərir”, - deyə ABŞ Prezidenti əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin