Ordu.az xəbər verir ki, bu barədə “UVB-76 logi” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, iyunun 12-də efirdə “izolyatornıy” və “neqosiant” kod sözləri səsləndirilib.
Bundan əvvəl isə radiostansiyanın efirində “Şarfotol” və “Mediumizm” siqnallarının ötürüldüyü bildirilmişdi.
UVB-76 1970-ci illərdə yaradılmış radiostansiyadır. O, fasiləsiz olaraq qısa uğultuya bənzər siqnal yayımladığı üçün ictimaiyyət arasında “uğuldayan” radiostansiya kimi tanınır.
Müəyyən fasilələrlə bu uğultu rus dilində səsləndirilən səsli mesajlarla kəsilir.
Sevinc Əliyeva
Ordu.az