“Hraparak”: Paşinyanın partiyasında həyəcanlı gözlənti var

2026/06/1781240848.jpg
Oxunub: 219     09:11     12 İyun 2026    
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasında seçkilərin yekun nəticələrinin açıqlanacağı bazar gününü həyəcanla gözləyirlər. Bildirilir ki, Baş nazir Nikol Paşinyan kadr dəyişiklikləri ilə bağlı qərarlarını məhz bu nəticələrdən sonra verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan seçkilərin nəticələrini əsas götürərək onun gözləntilərini doğrultmayan və partiya üçün yüksək nəticələr əldə edə bilməyən məmurları və partiya üzvlərini vəzifədən uzaqlaşdıra və ya onlara yeni vəzifə verməyə bilər.

“Xüsusilə narahatlıq keçirənlər arasında vilayət rəhbərləri də var. Onlar vəzifələrinə uyğun olaraq regional seçki qərargahlarına rəhbərlik ediblər və təmsil etdikləri ərazilərdə qeydə alınan nəticələrə görə əsas məsul şəxslər hesab olunurlar.

Hazırda onların vəzifədə qalıb-qalmayacağı “Vətəndaş Müqaviləsi” Partiyasının topladığı səslərdən asılıdır. Partiya daxilində xüsusilə Lori və Şirak vilayətlərində əldə olunan nəticələrdən narazılıq olduğu bildirilir”, - deyə nəşr bildirib.

Qeyd olunur ki, “demokrat” Paşinyan təkcə vətəndaşların azad iradəsinə təsir göstərməyə deyil, həm də inzibati resurslardan kifayət qədər istifadə etməyən və seçicilərə təzyiq göstərməyən məmurları cəzalandırmağa qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin