Tramp Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın namizədliyini dəstəkləyib

2026/05/1779946587.jpg
Oxunub: 489     09:33     28 May 2026    
ABŞ Prezidenti Donald Tramp Ermənistanda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Baş nazir Nikol Paşinyan Ermənistanın böyük dostu və lideridir. O, öz ölkəsini güclü, zəngin və daha təhlükəsiz edir. Nikol mənim Ermənistan və bütün Cənubi Qafqazda SÜLH və RİFAH ilə bağlı BAXIŞIMI tam şəkildə bölüşür.

Dövlət katibimiz Marko Rubio yaxın zamanda Ermənistana səfər edib və ölkələrimiz üçün mühüm əhəmiyyət daşıyan bir sıra razılaşmaların əldə olunmasına nail olub. Tezliklə ABŞ və Ermənistan birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp yolu”nun inşasına başlayacaq. Bu layihə Cənubi Qafqazı dəyişdirəcək və ABŞ-nin enerji şirkətlərinə Mərkəzi Asiyadan ABŞ-yə qədər çıxış imkanı yaradacaq.

Məhz buna görə də Nikol 2026-cı il iyunun 7-də keçiriləcək seçkilərdə mənim TAM və QEYD-ŞƏRTSİZ dəstəyimi alır. Nikolun köməyi ilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı indiyədək görünməmiş yüksəkliklərə qaldıracağıq. Ermənistanı yenidən böyük edəcəyik”, - deyə Tramp bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ermənistan  


Bizi "telegram"da izləyin