“Joğovurd”: Ermənistanda respublika gününü yalnız “Vətəndaş Müqaviləsi” partiyası qeyd edəcək, müxalifət yoxdur

2026/05/1779946550.jpg
Oxunub: 327     09:27     28 May 2026    
“Bu gün 1918-ci ildə Ermənistanın Birinci Respublikasının müstəqilliyinin elan olunmasını simvolizə edən respublika günüdür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu tarix ümummilli və ümumdövlət əhəmiyyətli gündür və adətən hərbi paradlar, atəşfəşanlıq, konsertlər və yürüşlərlə qeyd olunur.

“Lakin görünür ki, builki bayram tədbiri hakimiyyət üçün milli birlik və dirçəliş simvolu deyil, dar partiya maraqlarına xidmət edən “Vətəndaş Müqaviləsi” partiyasının tədbirinə çevrilib.

“Joğovurd” qəzeti “Hayastan” fraksiyasının müxalif deputatları ilə əlaqə saxlayaraq onların tədbirə qatılmaq üçün rəsmi dəvət alıb-almadığını öyrənməyə çalışıb. Məlum olub ki, fraksiyanın heç bir deputatı hər hansı dəvətdən xəbərdar deyil.

“Hayastan” fraksiyasının deputatları belə cavab veriblər:

Armenuhi Kyureğyan bildirib ki, heç nə bilmir.

Anna Qriqoryan məlumatlı olmadığını deyib.

Qarnik Danielyan bildirib ki, xəbəri yoxdur və elektron poçtunu belə yoxlamayıb.

Aqnesa Xamoyan heç nədən xəbərsiz olduğunu deyib.

Geğam Manukyan isə qeyd edib: “Bilmirəm, yəqin ki, gəlməyəcək də. Parlamentdən bizə heç nə bildirilməyib, onsuz da ümid etmirdim”, - deyə nəşr bildirib.

“Joğovurd” yazıb ki, Kristine Vardanyan da heç bir məlumatı olmadığını bildirib. “Şərəfim Var” fraksiyasından Taqui Tovmasyan isə fərdi dəvət almadığını, yalnız fraksiyaya tədbirlə bağlı ümumi məlumat xarakterli bildiriş göndərildiyini deyib.

“Bu, dəvət deyil və normal münasibət hesab oluna bilməz. Respublika günü hamıya məxsusdur, buna görə də siyasi baxışlardan asılı olmayaraq hökumət hər kəsə dəvət göndərməlidir. Respublika “Vətəndaş Müqaviləsi” partiyası deyil”, - deyə o bildirib.

Nəşr qeyd edir ki, əvvəlki hakimiyyət dövründə bütün dövlət və milli tədbirlərə münasibətindən asılı olmayaraq həm iqtidar, həm də müxalifət nümayəndələri dəvət olunurdu.

“Qeyd edək ki, 2021-ci ildən sonra “Vətəndaş Müqaviləsi” partiyası faktiki olaraq parlamenti tam nəzarətə götürüb və müxalifətin idarəetmə rıçaqları qalmayıb. Ermənistanda nə müxalif parlament sədrinin müavini, nə də komitə sədrləri və onların müavinləri var. Parlament “Vətəndaş Müqaviləsi” partiyasının əlavəsinə çevrilib”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Respublika-günü  


Bizi "telegram"da izləyin