Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyan kampaniya dövründə indiyədək onu ictimai görüşlərdə müşayiət etməsə də, son gündə ailənin birlikdə səhnəyə çıxacağını yaxın ətrafına bildirib.
“Joğovurd” qəzetinin məlumatına əsasən, həmin gün Anna Hakopyan uşaqları ilə birlikdə Paşinyanın yanında dayanaraq ailənin seçki kampaniyasının yekun mərhələsində ona dəstəyini nümayiş etdirəcək”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az