"Hakopyan" sözünə uyğun 129 nəticə tapıldı!

“Jamanak”: Paşinyanın Qarabağdakı “namizədi” Mosidir?

2019/07/IMG_5-1562047496.jpg
Oxunub: 758     09:53     02 İyul 2019    
“Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafında toplaşmış güclü qruplaşma Movses Hakobyana qalib gələ bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Nəşrə görə, Paşinyanın namizədi qondarma qurumun keçmiş “müdafiə naziri” Movses Hakobyan ola bilər.

“Qarabağdakı (qondarma qurum-red.) seçkilərdə Ermənistan hakimiyyətinin və şəxsən Baş nazir Nikol Paşinyanın namizədi sabiq “müdafiə naziri” Movses Hakobyan ola bilər. O, hazırda Ermənistanın baş hərbi müfəttişidir”, - deyə erməni nəşri bildirir.

Nəşr qeyd edir ki, Paşinyan, Hakopyanın güclü rəqibi olduğunu yaxşı anlayır.

“Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafında toplaşmış güclü qruplaşma Movses Hakobyana qalib gələ bilər. Hakobyan Balasanyanın qruplaşmasına qarşı çıxmaqdan qorxmur və qruplaşma tərkibində mümkün təhdidlərə yer verməyəcək”, - deyə “Jamanak” yazır.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Movses-Hakopyan