Türkiyə jandarmaları niyə girokopter alır?

2023/01/Gyroc-1673001839.jpg
Oxunub: 526     16:52     06 Yanvar 2023    
Türkiyəni daxili işlər naziri Süleyman Soylu bir neçə gün əvvəl jandarma qüvvələrinin Almaniyadan 8 girokopter aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, sosial şəbəkə və mediada girkopterlərin alınması maraqla qaşılanıb və bir sıra müzakirələrə səbəb olub.

Türkiyənin jandarma qüvvələri şəhərlərdən kəndlərə qədər çox geniş bir ərazidə təhlükəsizliyi təmin edir. “Kingair” təyyarəsi, Mi-17 və T-70 helikopterləri kimi bir çox aviasiya vasitələrinə malik jandarma qüvvələrinin girokopter alması bu mövzuda yenilikçi bir addım atacaq.

Girokopterin seçilməsinin səbəbi ilk növbədə, onun fərqli, həm də çox aşağı istismar xərclərinə malik aviasiya vasitəsi olmasıdır.

Hava vasitələri Almaniyanın “AutoGyro” şirkətindən alınacaq. “Cavalon” adlı girokopterdə iki pilot yan-yana otura bilir. 145 at gücünə malik “Rotax” mühərriki ilə hava vasitəsinə kamera da quraşdırılıb.

Birinci mərhələdə 3 girokopter istismara veriləcək. Müqaviləyə əsasən, alınacaq girokopterlərin sayı 8-ə qədər olacaq.

Trafik və təhlükəsizlik uçuşları kamera ilə həyata keçiriləcək. Bundan əlavə, girokopterlər avtopilot sistemi ilə təchiz ediləcək. Belə ki, 6 saat havada qala bilən girokopter saatda 165 kilometr sürətlə uça biləcək. Girokopterin uçuş məsafəsi 600 kilometrə qədər ola bilər.

Girokopterlər son illərdə bütün dünyada olduğu kimi Türkiyədə də getdikcə populyarlaşır. Onun əsas üstünlüyü digər yüngül sinifli təyyarələrlə müqayisədə daha stabil uça bilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Girokopter  


Bizi "telegram"da izləyin