Hindistan Silahlı Qüvvələrində PUA mövcudluğu – QISA BAXIŞ

2022/11/1668856022.jpg
Oxunub: 3160     20:31     19 Noyabr 2022    
Hindistan ordusu Çin ilə Faktiki Nəzarət Xəttində (LAC) qarşıdurmadan sonra PUA-ların alışını sürətləndirib. Hindistan Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları və Hərbi Hava Qüvvələri zərbə PUA-larının alınmasını sürətləndirmək qərarına gəlib.

PUA-lar hərbi məqsədlər üçün əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

(a) Kəşfiyyat, nəzarət, müşahidə (ISTAR).
(b) Zərbə
(c) Radar və Rabitə Relesi
(d) Xəritəçəkmə
(e) Nüvə Buluduna Nəzarət


Hindistan DRDO yerli “Rustom-2” adlı yerli PUA-lar hazırlayır. HAL şirkəti isə yaxın vaxtlarda “Tapas” PUA-larının istehsalına başlayacaq. Ümumilikdə bu PUA-nın 76 ədədi qüvvələr tərəfindən sifariş ediləcək. Hindistan Quru Qoşunları üçün 60, Hindistan Hərbi Hava Qüvvələri üçün 12 və Hindistan Hərbi Dəniz Qüvvələri üçün 4 PUA nəzərdə tutulur.

90-cı illərdə informasiya texnologiyası nə idisə, bu gün PUA texnologiyası da belədir. Hindistanın investisiya etməyi düşündüyü texnologiyalar bunlardır:

(a) Mühərrik texnologiyası - Fırçasız birbaşa cərəyan (BLDC) mühərriki.
(b) Uçuşa nəzarət sistemi
(c) Batareya texnologiyası
(d) Datalink texnologiyası
(e) Mülki istifadə üçün texnologiya


Bəzi inkişaf etməkdə olan texnologiyalar PUA-ların effektivliyini artırmaq potensialına malikdir. Bunlara Süni Zəka və Əşyaların İnterneti (IoT) daxildir.

Hindistan Hərbi Hava Qüvvələri

CATS HAL şirkəti tərəfindən hazırlanmış və HHQ-nin marağına səbəb olan pilotsuz aviasiya və pilotlu döyüş təyyarələrinin birgə sistemidir. Silahlı gizli pilotsuz təyyarə birləşərək yüksək dəyərli düşmən hədəflərini vurmaq üçün HHQ qırıcıları ilə birlikdə döyüşəcək. O, MUM-T əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulub.

“Unmanned Wingman” çox təkmilləşdirilmiş “Jaguar” qırıcı bombardmançısına inteqrasiya ediləcək.

HAL, “Alfa-S” kimi tanınan SZ ilə işləyən, gizli avtonom sürü PUA-larını layihələndirir və inkişaf etdirir.

DRDO Hindistan HHQ üçün “Ghatak” PUA-larını inkişaf etdirir. “Aura” isə lazerlə idarə olunan zərbə silahlarını çatdıra bilən taktiki gizli PUA olacaq.

Hindistan Quru Qoşunları

Hindistan ordusunun mövcud pilotsuz sistemləri “Heron” və daha kiçik “Searcher Mark I”I taktiki PUA-larından ibarətdir.

Qoşunlar kəşfiyyat, müşahidə və nəzarət (ISR) imkanlarını gücləndirmək və hərbi əməliyyatlarının effektivliyini artırmaq üçün yüksək texnologiyalı PUAalmağı planlaşdırır.

Hindistan Hərbi Dəniz Qüvvələri

Hindistan Hərbi Dəniz Qüvvələri hazırda İsrail mənşəli “Heron” və “Searcher Mk-II” PUA-larını istismar etsə də, onlar heç biri gəmidə yerləşdirilməyib. İcarəyə götürülmüş “Sea Guardian” PUA-ları da var.

Hindistan Hərbi Dəniz Qüvvələri 2022-ci ilin iyun ayında 100 metrdən çox uzunluqda döyüş gəmiləri üçün 40 NUAS əldə etməyi planladığını açıqlayıb.

DRDO 2022-ci ilin iyul ayının əvvəlində, ilk növbədə Hindistan Hərbi Hava Qüvvələri üçün PUA-ların inkişaf etdirilməsində böyük bir addım olan Avtonom Uçan Qanad Texnologiyası Nümayişçisini sınaqdan keçirib.

PUA-lara qarşı mübarizə

PUA-ları aşkar etmək çətindir, əhəmiyyətli vizual, radar, infraqırmızı və ya səs-küy imzası yoxdur, işə salınması və idarə olunması üçün minimal infrastruktur tələb olunur. PUA-lara qarşı ən yaxşı müdafiə radioelektron mübarizə vasitələri və lazer sistemləridir.

DRDO-nun D-4 anti-dron sistemi sürətlə yaranan hava təhdidlərinin öhdəsindən gəlmək üçün orduya həm “yumşaq öldürmə”, həm də “sərt öldürmə” variantlarını təmin edə bilər.

Məlumata görə, “Adani Defence & Aerospace” şirkəti Hindistanın bəzi böyük hava limanlarında antidron avadanlıqlarının yerləşdirilməsinə başlamaq üçün DRDO və İsrailin “Elbit Systems” ilə əlaqə yaratmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   PUA  


Bizi "telegram"da izləyin