Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş idarəetmə sistemləri: “Genesis” və “Advent”
Oxunub: 1002
14:18
10 Dekabr 2022
“Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) tələb və ehtiyaclarına uyğun olaraq milli və yeni nəsil döyüş idarəetmə sistemini inkişaf etdirmək üçün “Genesis” və “Advent” layihələri icra edilib. Türkiyə HDQ-nin müasir döyüş idarəetmə sisteminə ehtiyacı “MilGem” Layihəsindən əvvəl müəyyən edilib və bu günə qədər donanmanın ehtiyaclarını ödəmək üçün inkişaf etdirilməyə davam edilib.
“Genesis” döyüş idarəetmə sistemi
ABŞ Hərbi Dəniz Qüvvələrindən Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilən “G” (Gabya) sinif freqatlarının (keçmiş “Oliver Hazard Perry” sinfi) döyüş idarəetmə sistemlərinin modernləşdirilməsi və donanmanın tələblərinin qarşılanması məqsədilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Araşdırma Komandanlığı (ARMERKOM) nəzdində “Genesis” (gəmiyə inteqrasiya edilən döyüş idarəetmə sistemi) layihəsinə başlanılıb.
1990-cı illərin əvvəllərində bu sistemin əhəmiyyətinin dərk edilməsi ilə layihə Türkiyə HDQ, YAZGEM (bu quruma daha sonra Türkiyə HDQ-nin Mərkəzi Araşdırma Komandanlığı olan ARMERKOM adı verilib), SSM (daha sonradan Türkiyə Müdafiə Sənayesi Komitəsi adlandırılıb) və İTU-nun (İstanbul Texniki Universiteti) ortaqlığı nəticəsində MİLKON adı ilə fəaliyyətə başlayıb. Layihə bu gün Türkiyənin HAVELSAN şirkəti tərəfindən icra edilir.
“Genesis” müxtəlif ölkə və şirkətlər tərəfindən istehsal edilən silahları, sensorları, radioelektron mübarizə vasitələrini və digər sistemləri gəminin daxili quruluşuna inteqrasiya etmə qabiliyyəti qazandıran döyüş idarəetmə sistemidir. Türkiyənin hazırda yerli gəmi hazırlamaq üçün başlatdığı “MilGem” layihəsi çərçivəsində inşa edilən “Ada” sinfinə məxsus 3 korvetdə bu sistemdən istifadə edilir. Türkiyə HDQ-nin invenatında olan “Bayraktar” sinfinə məxsus iki LST tank desant gəmiləri də “Genesis” sistemlərinə malikdir.
Arxitekturasına görə 3 əsas təbəqədən ibarət olan “Genesis” öz təyinat sahəsində kəşfiyyat-nəzarət-təsbit (ISTAR), izləmə və təsnifat əməliyyatlarını tam avtonom şəkildə həyata keçirə bilir. “Genesis” Türkiyə Hərbi Dəniz Qüvvələrinin tələb və ehtiyacları əsasında vəziyyət və təhdid qiymətləndirmələri edə bilir və əməliyyat mühitində taktiki üstünlük əldə etmək üçün döyüş planlaması ilə suüstü, sualtı müharibə və radioelektron mübarizə missiyalarında aktiv rol alır.
“Gabya” sinif freqatlarının modernləşdirilməsi layihəsi çərçivəsində 8 gəmiyə inteqrasiya edilən “Genesis” açıq sistem quruluşu sayəsində yeni yerli və ya xarici gəmilərə uyğunlaşdırıla bilən sistemdir.
“Gabya” sinif freqatlarına edilən proqram/avadanlığın modernləşdirilməsi ilə gəmilərə verilən imkanlar aşağıdakılardır:
Bu günün missiya sahəsinin ehtiyaclarına cavab verən müasir döyüş idarəetmə sistemi
Situasiya məlumatlılığı və qərara dəstək
Açıq arxitektura ilə yüksək davamlılıq təmin edən sistem,
Şəbəkə dəstəkli əməliyyatlar qabiliyyəti
Yeni silah və sensor inteqrasiyaları (Mk-54 torpedo, şaquli buraxılış qurğusu kimi)
“MilGem” korvetlərinin yerli və milli dizayn/istehsalı ilə bu gəmilərə qazandırılan xüsusiyyətlər daha müxtəlif olur. Bu nailiyyətlər aşağıdakılardır:
Qabaqcıl döyüş sisteminin avtomatlaşdırılması və mərkəzləşdirilmiş komanda və idarəetmə qabiliyyəti
Situasiya məlumatlılığı və qərara dəstək
Daha yüksək elektron davamlılıq və yüksək etibarlılıq
Açıq arxitektura və tam paylanmış sistem
Şəbəkə dəstəkli əməliyyat
Sualtı/susüstü/hava hücumundan müdafiə müharibəsi
Kəşfiyyat-müşahidə, diaqnostika və tanınma
Asimmetrik təhlükələrə qarşı müdafiə
Genesis SYS-in əldə etdiyi imkanlar və təcrübələr yeni elektron və proqram təminatı layihələrini həyata keçirməyə imkan verdi və Türkiyə döyüş idarəetmə sistemini inkişaf etdirə bilən çox az sayda ölkələrdən birinə çevrildi.
“Advent” döyüş idarəetmə sistemi
“Advent” döyüş idarəetmə sistemi də HAVELSAN tərəfindən hazırlanıb. Bu, tək dəniz elementi deyil, birdən çox gəmidə şəbəkə yönümlü və dəstəklənən əməliyyatlara imkan verən ən son nəsil komanda və idarəetmə proqramıdır.
Dəyişən və inkişaf edən döyüş gəmilərinin əməliyyat imkanlarının artırılması ehtiyacına uyğun olaraq “Genesis” tərəfindən təmin edilən imkanlara əlavə olaraq “Advent” şəbəkə quruluşu sayəsində bir çox fərqli şəkildə üstünlüklər təmin edir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin üzən, uçan və dalğıc (sualtı kimi) elementlərinin eyni şəbəkədə bir-biri ilə əlaqə saxlamasına şərait yaradan donanmanın əvəzolunmaz komanda və idarəetmə sisteminə çevrilib.
Bu proqram “Advent”i üstünlük verilən sistemlərdən birinə çevirərək, operatora və ya komanda/nəzarət heyətinə daha sürətli qərarlar qəbul etməyə və gəmiyə inteqrasiya olunmuş silahlar və radioelektron mübarizə vasitələri kimi sistemləri asanlıqla inteqrasiya etməyə imkan verir.
Eyni zamanda, açıq arxitekturası sayəsində suüstü, sualtı, uçan və ya quru elementlərinə uyğunlaşdırıla və bir çox fərqli əməliyyatlarda aktiv şəkildə istifadə edilə bilər. Bu sistemin gəmiyə, hətta donanmaya gətirdiyi imkanlar aşağıdakılardır:
Şəbəkə ilə işləmə qabiliyyəti
Birgə fəaliyyət və əməliyyat qabiliyyəti
İşçi qüvvəsinə yönəlmiş xidmətlər
Təlim və döyüş qabiliyyəti
Naviqasiya və əməliyyat dəstəyi
Yerli/xarici platformalara asan inteqrasiya
Qaydalara əsaslanan qərara dəstək sistemi
Bütün operator konsolları vasitəsilə tam inteqrasiya olunmuş taktiki datalink sistemlərinə (Link 11, Link 16 və Link 22, SADƏ, JREAP və VMF) daxil olmaq
Qərar Dəstəyi sistemləri ilə istifadəçinin tez və dəqiq qərarlar verməsini asanlaşdıran və yeni silah və sensorların istifadəsində çevik bir quruluşu hədəfləyən arxitektura.
Şəbəkə ilə dəstəklənən strukturu birdən çox donanmaya aid elementlərin bir-biri ilə əlaqə saxlamasına, koordinasiyalı şəkildə birgə əməliyyatlar aparmasına və daha çevik əməliyyat strukturunu mənimsəməsinə imkan verir. Bu imkanlara uyğun olaraq, “MilGem” sinif korvetlərin 4-cüsü olan “TCG Kınalıada”nın dəniz qəbulu sınaqları tamamlandıqdan sonra “Advent” 2019-cu ildən aktiv şəkildə istifadə edilməyə başlandı.
“TCG Kınalıada”dan sonra “TCG Burgazada“ya inteqrasiya edilən bu sistemin Türkiyənin gəmiqayırma müəssisələrinin HDQ üçün inşa etdiyi bir çox gəmidə istifadə olunacağı bildirilir. Bu gəmilər Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olacaq “LHD Anadolu”, DİMDEG, “TCG Derya”, “İstanbul” freqatı və “TCG Ufuk” sınaq və təlim gəmisidir. “Advent” həmçinin modernləşdirilmiş “Burak” sinif korvetlərə və “Barbaros” sinif freqatlara da inteqrasiya olunacaq.
“Ares” Gəmiqayırma Zavodu-METEKSAN tərəfindən hazırlanmış “Ulaq” insansız dəniz platformalarında da “Advent” sistemindən istifadə edilməsi planlaşdırılır.
MİLGEM layihəsi zamanı istehsal edilən bütün korvetlərdə olan “Genesis”/”Advent” döyüş idarəetmə sistemləri ilə korvetlər şəbəkə dəstəkli məlumat qabiliyyəti əldə edir.
“Advent” sayəsində gəmilərin əldə etdiyi digər imkanlar isə aşağıdakılardır:
Qabaqcıl döyüş sisteminin avtomatlaşdırılması
Mərkəzi komanda/nəzarət və qərara dəstək qabiliyyəti
Situasiya məlumatlılığı və qərar qəbul etmə qabiliyyəti
Daha davamlılıq və yüksək etibarlılıq
Şəbəkə dəstəkli əməliyyatlar qabiliyyəti
Sualtı/suüstü /hava hücumundan müdafiə müharibəsi
Kəşfiyyat, diaqnostika və tanınma
Asimmetrik təhlükələrə qarşı müdafiə
Hərbi Dəniz Qüvvələrimizin elementlərində aktiv şəkildə istifadə edilən bu proqram Pakistan Hərbi Dəniz Qüvvələri üçün istehsal ediləcək 4 “MilgGem” sinif korvetinə inteqrasiya ediləcək.
“Advent” Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarındakı bir çox platformanın birlikdə işləməsini və vəzifələri paylaşmasını təmin edəcək. Məsələn, bir döyüş gəmisinin sonarı ilə aşkarlanan düşmən sualtı qayığı haqqında digər elementlərə xəbər veriləcək, düşmən sualtı qayığı isə PUA və ya insansız dəniz platforması tərəfindən məhv ediləcək. Kiçik bir döyüş gəmisi tərəfindən aşkar edilən hava hədəfi güclü hava hücumundan müdafiə raketləri ilə daha uzaq bir döyüş gəmisi tərəfindən məhv edilə bilər.
“Advent Martı” Hava Komandanlıq İdarəetmə Sistemi
Türk Hərbi Dəniz Qüvvələri öz inventarında dəniz patrul təyyarələri kimi uçan elementlərdən, eləcə də dəniz nəqliyyat vasitələrindən istifadə etməklə Mavi Vətənin qorunması, kəşfiyyat-nəzarət, kəşfiyyat, insan qaçaqmalçılığına qarşı mübarizə kimi vəzifələri yerinə yetirir. Bu təyyarələrdəki xüsusi sensorlar və silah platformaları kimi sistemlərin qarşılıqlı işləməsi təyyarələr üçün xüsusi komanda və idarəetmə sisteminə ehtiyac olduğunu ortaya çıxarıb. Belə ki, HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün hava platformalarına xas olan “Advent Marti” Hava Komandanlıq İdarəetmə Sistemini hazırlayıb.
Yerli və milli səviyyədə inkişaf etdirilən “Martı” dəniz, hava və qurudakı elementləri və inteqrasiya olunmuş vəzifələri yerinə yetirən strukturu ilə bütün təyyarələrə tətbiq oluna bilən bir sistemdir. Bu səbəbdən “Martı” NATO üçün də uyğunlaşa bilən sistem olması ilə diqqət çəkir.
Dost və müttəfiq elementlərdən alınan kəşfiyyat məlumatlarını təyyarənin əsas sistemlərindən əldə edilən məlumatlarla birləşdirərək “Martı” vacib məlumatlar çıxarır və bu məlumatlarla sahə və ya əməliyyat mənzərəsi yarada bilir. Bunu edərkən, arxitekturasında olan şəbəkə dəstəyindən faydalanır.
Məhsulun xüsusiyyətləri:
Yüksək Qabiliyyətli Təhlükənin Təhlili və Müəyyənləşdirilməsi
Kəşfiyyat, Komanda Nəzarəti və Qərarlara Dəstək qabiliyyəti
Radioelektron mübarizə vasitələri ilə dəstək qabiliyyəti
Sualtı döyüş qabiliyyəti
Tam İnteqrasiya edilmiş Taktiki datalink qabiliyyəti
Şəbəkə Dəstəkli Əməliyyat Ehtiyaclarına Uyğunluq
İnsansız Sistemlərlə əməkdaşlıq
Bütün Sensorların İdarə Edilməsi, Sinxronizasiyası və Data Fusion
Altsistemlərin sürətli və sərfəli inteqrasiyası
Texniki xüsusiyyətlər:
Təhlükənin təhlili və müəyyən edilməsi
Kəşfiyyat məlumatlarının tez və yüksək dəqiqliklə yaradılması
Bütün sensorlara nəzarət və sinxronizasiya
Radioelektron Müharibə Dəstəyi
Akustik analiz
Hava, yer, suüstü və sualtı elementlərin aşkarlanması
Dost, təhlükə və müstəqil elementlərin fərqləndirilməsi
Alınan bütün məlumatların taktiki ekranda göstərilməsi
Rabitə kanalı vasitəsilə digər bölmələrdən məlumatların göstərilməsi
Baxış sahəsinin təhlili
Vektorun identifikasiyası və ölçülməsi
Ən yaxın nöqtə analizləri
Mesajlaşma qabiliyyəti
Fayl paylaşma
Peyk rabitəsi dəstəyi
Uçuş planının yaradılması və məlumat mübadiləsi
Naviqasiya məlumatının yaradılması və məlumat mübadiləsi
Uçuş profilinin təhlili
Hündürlük analizləri
Bunlara əlavə olaraq bir çox imkanlara sahib olan “Martı” insansız platformalarla da birlikdə işləyə bilir və insansız dəniz platformalarının inkişafını daha mənalı edir. Bunlara əlavə olaraq, “Martı” şübhəsiz ki, donanmanın aviasiya vasitələrinin sualtı və suüstü döyüşlərə qarşı müdafiə qabiliyyətini daha da artırır.