Pentaqonun super gizli hərbi smartfonları

2022/12/1669882311.jpg
Oxunub: 8819     12:55     01 Dekabr 2022    
ABŞ Müdafiə Nazirliyi iş və bəzən oyun oynamaq üçün nəzərdə tutulan super gizli smartfonlarnı təqdim edib. Telefonlar hökumət əleyhinə nəzarət sistemləri üzrə məhşurlaşan “Silent Circle” şirkəti tərəfindən hazırlanıb.

Şirkət rəhbəri Mayk Janke bildirib ki, ABŞ hərbi qulluqçuları gizli kodla şifrlənmiş cihazdan məxfi əməliyyatlar zamanı ünsiyyət qurmaq üçün istifadə edirlər.

Şirkət əslində ABŞ hüquq-mühafizə orqanlarını vətəndaşların telefonlarına müdaxilə etməkdən çəkindirmək məqsədilə yaradılıb. Lakin bu məqsəd onların ABŞ ordusu üçün “Android” əsaslı smartfon istehsal etməsinə mane olmayıb.

“Silent Circle” İsveçrədə yerləşir və telefonları ABŞ-da istehsal edilmir. Şirkət rəhbəri deyir ki, ABŞ onların telefonlarını laborotiyada sınaqdan keçirir və açıq mənbə kodlarına baxır, onlardan istifadə edirlər.

Telefonun əməliyyat sistemi və proqramları müştərilərə hər biri ayrı-ayrı təhlükəsizlik məhdudiyyətləri olan bir neçə şəxsin eyni telefona daxil olmasına imkan verir. Faktiki olaraq, bu o deməkdir ki, “WhatsApp” söhbət aləti və ailə şəkilləri şəxsi məkanınızda, şifrələnmiş kommunikasiyalar və təsnif edilmiş xəritələr isə iş yerinizdə mövcud ola bilər. Bir istifadəçi profilindən digərinə keçmək üçün pin kodu daxil etməlidir.

Pentaqon mobil e-poçtu, şəxsi şəbəkəni, veb brauzeri və digər proqramları konfiqurasiya edir. Məlumat hərbi serverlər vasitəsilə axır və “Silent Circle”ın məxfi mesajların kilidini açmaq üçün hökumətin şifrələmə açarlarına çıxışı yoxdur.

Federal hakimiyyət orqanları, xüsusən də FTB kommunikasiya provayderlərini cinayət fəaliyyətinə nəzarət etmək və dayandırmaq üçün texnologiyalarına “boşluqlar” quraşdırmağa çağırıb. Onların fikrincə, əsas narahatlıq, pis aktorların, o cümlədən terrorçuların öz şəxsiyyətlərini, harada olduqlarını və qanunsuz əməliyyatlarını gizlətmək üçün şifrələmə vasitələrindən istifadə etmələrindədir. Jankenin məlumatına görə, hazırda açıqlanmayan sayda “Blackphone” adlı telefondan istifadə edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqn   Blackphone  


Bizi "telegram"da izləyin