Ordu.az xəbər verir ki, robotlar döyüş kəşfiyyatı və müşahidə üçün nəzərdə tutulub.

Bildirilir ki, sistem pulemyotla təchiz olunub. Bundan əlavə, kompakt robot digər pilotsuz platformalarla, o cümlədən “Baha” Pilotsuz Uçan Aparatı (PUA) ilə qarşılıqlı əlaqədə ola bilər.
Silahlı robotun çəkisi təxminən yarım tondur. Sistem uzaqdan idarə olunan SARP-L silah platformasına malikdir.
Robot 5,56 və 7,62 mm-lik pulemyotları daşıya bilir və atəşə nəzarət sisteminə ballistik kompüter və termal görüntü cihazı olan elektro-optik stansiya daxildir.

Sevinc Əliyeva
Ordu.az