NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb

2022/07/1657343159.jpg
Oxunub: 4542     10:50     09 İyul 2022    
İyulun 14-də yük daşıyan “Cargo Dragon 2” kosmik gəmisi Florida ştatında yerləşən kosmodromdan fəzaya buraxılacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) məlumatında deyilir.

Qeyd edək ki, “Cargo Dragon 2” Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 ton yük çatdırmalıdır.

Xatırladaq ki, bu kosmik gəminin fəzaya buraxılması iyunun əvvəlinə planlaşdırılsa da, texniki problemlərə görə dəfələrlə təxirə salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Dragon  


Bizi "telegram"da izləyin