İşğal altında olan Qarabağın şərq hissəsində qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqelərində ölüm faktı qeydə alınıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 19-da saat 20:30 radələrində erməni hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Henrik Samson Aramyan naməlum şəraitdə ölümcül güllə yarası alaraq ölüb.
Bildirilir ki, hadisənin detallarının müəyyən olunması üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Erməni-əsgər