Ordu.az xəbər verir ki, bu barədə ailənin başçısı, 2-ci qrup Qarabağ müharibəsi əlili Vüqar Süleymanov AZƏRTAC-a məlumat verib.
“Uzun müddət idi ki, qardaşım Həsənin ailəsi ilə birlikdə iki kiçik otaqda yaşayırdıq. Qardaşım, həyat yoldaşı və iki oğlu, həm də mənim 4 nəfərdən ibarət ailə üzvlərim həmin evə sığınmışdıq. İndi artıq bizim ailəmizin ayrıca mənzili var. Hamımız gedib bizim üçün inşa edilən yeni mənzilə baxmışıq. Çox rahat və geniş otaqlardır, hər cür şərait var. Bu qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür edirəm”, - deyə o bildirib.
O, keçdiyi döyüş yolundan da danışıb: “Mən Ağdərə rayonunun Mərguşəvan kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1993-cü il dekabrın 28-də Çaylı kəndi uğrunda gedən döyüş zamanı ağır yaralanmışam, Gəncədə hospitalda müalicə olunmuşam. Təəssüf ki, aldığım yara mənim bir daha döyüş meydanına qayıtmağıma imkan vermədi... Prezidentimizin Qarabağ müharibəsi əlillərinə göstərdiyi bu diqqət və qayğı təqdirəlayiqdir. Vətən müdafiəçilərinə verilən bu qiymət gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində də müsbət rol oyanır”.
Ordu.az